Avropa qarışdı: Küçələr, avtomobillər yandırılır - POLİSLƏ TOQQUŞMA / FOTO

 15:37 25.01.2021     615

Koronavirus epidemiyası ilə əlaqədar olaraq küçəyə çıxmaq qadağası bir çox Avropa ölkəsində kəskin etirazlar yaradıb.

Redaktor.az xəbər verir ki, etirazçılarla polis arasında toqquşma baş verib, küçələr, ticarət obyektləri, avtomobillər yandırılıb.

Hollandiyanın cənubundakı Stein qəsəbəsində 100 nəfərlik qrup küçəyə çıxmaq qadağasına etirazlarını bildirib. Saat 21:00-dan sonra da spirtli içki qəbul etmək və musiqi dinləmək kimi tələblər qoyan qrup üzvləri ilə polis arasında qarşıdurma yaşanıb. 14 nəfər nəzarətə götürülüb.

İspaniyanın paytaxtı Madriddə də insanlar küçələrə axışıb. Madridin mərkəzində toplanan nümayişçilər koronavirusun olmadığını iddia ediblər.

Danimarkanın paytaxtı Kopenhagendə "Qara paltarlı adamlar - MIB" adlı qrup qadağalara etiraz əlaməti olaraq küçələrə axışıb. Şəhərin mərkəzində yürüş təşkil edən nümayişçilər “Qara paltarlılar müqavimət göstərirlər” yazılmış böyük bir pankart nümayiş etdriblər.

Orxan İsmayıl / Redaktor.az

DANİMARKA

İSRAİL