İndoneziyada vulkan püskürüb

 12:38 26.01.2021     229

İndoneziyanın Yava adasındakı Merapi vulkanı püskürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi (PVMBG) məlumat yayıb.

Püskürmə nəticəsində əmələ gələn kül və tüstünün 400 metr yüksəkliyə qalxdığı bildirilib. Lava kütləsi vulkanın cənub-qərb yamacından 1000 metr aşağı enib.

Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həyatını itirib.

Orxan İsmayıl / Redaktor.az