Yaponiyada güclü zəlzələ olub

 14:59 27.01.2021     394

Yaponiyanın Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələnin ocağı 130 km dərinlikdə yerləşib.

Zəlzələ Doraçi, İburi, Tokaçi, Kuşiro bölgələrində də hiss olunub. Sunami xəbərdarlığı edilməyib.

Orxan İsmayıl / Redaktor.az