İtaliyada daha 221 nəfər ölüb - COVID-19

İtaliyada son gün ərzində koronavirusa 11 min 68 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 221 nəfər COVID-19-dan ölüb.
İtaliyada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 721 min 879, ölənlərin sayı isə 93 min 577 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az