Yaponiyada bəzi İES-lər qismən dayandırıldı

 17:59 15.02.2021     140

Yaponiyanın şimal-şərqində fevralın 13-də 7,5 maqnitudalı zəlzələyə görə 6 istilik elektrik stansiyasının (İES) bəzi blokları təhlükəsizlik yoxlamaları üçün dayandırılıb.

Redaktor.az xəbər verir ki, Fukuşima prefekturasında 4 İES-də, Miyagi və İbaraki prefekturalarında isə hərəsinə bir İES-də elektrik istehsalı müvəqqəti azaldılıb. Hökumət bu yoxlamalar üzündən elektrik təchizatında böyük fasilələrin yaşanmayacağını bildirib.

Xatırladaq ki, fevralın 13-də Fukuşima prefekturası sahilləri yaxınlığında dənizdə güclü zəlzələ baş verib. Ekspertlərə görə, bu zəlzələ 2011-ci il 11 mart tarixli 8,9 maqnitudalı Tohoku zəlzələsinin gecikmiş sarsıntısıdır. //Report.az