ATƏT sədri sabah Gürcüstana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde sabah Gürcüstana səfər edəcək.
Redaktor.az-ın məlumatına görə, bu barədə A. Linde “Twitter”də bildirib.
“Münaqişələrin həllində və institutların gücləndirilməsində ATƏT-in Gürcüstana güclü dəstəyini təsdiqləyəcəyik. Hər iki sahə qadınların və vətəndaş cəmiyyətinin əsas rol oynaya biləcəyi sahələrdir”, - deyə XİN başçısı vurğulayıb. //APA