ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

 18:20 15.02.2021     305

ABŞ-ın Türkiyədəki səfiri David Satterfield bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında PKK terror təşkilatı tərəfindən 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı ABŞ tərəfinin reaksiyasına dair irad diplomatın diqqətinə çatdırılıb. //APA