ÜTT-yə ilk dəfə qadın rəhbərlik edəcək

Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ilk dəfə qadın rəhbərlik edəcək.
Redaktor.az xəbər verir ki, nigeriyalı Nqozi Okonco-İveala ÜTT-nin baş direktoru seçilib. Onun namizədliyi ÜTT-nin Baş Şurası tərəfindən təsdiqlənib.
Nqozi Okonco-İveala təşkilata rəhbərlik edən ilk qadın olmaqla yanaşı, ilk afrikalıdır. O, vəzifəsinin icrasına martın 1-dən başlayacaq və səlahiyyət müddəti 2025-ci il avqustun 31-dək olacaq. Onan əvvəl ÜTT-yə Roberto Azevedo rəhbərlik edib.
Nqozi Okonco-İveala ayrı-ayrı vaxtlarda Nigeriyanın maliiyə və xarici işlər naziri vəzifələrində çalışıb.