CZN Burakın Dubaydakı restoranı bağlandı

Məşhur türkiyəli aşpaz CZN Burakın Dubayda açdığı restoranı son günlər ən çox diqqətçəkən məkanlardan biri idi.
Redaktor.az xəbər verir ki, məkanda koronavirus qaydalarına əməl edilməyib. Buna görə də onun fəaliyyəti dayandırılıb.
Ötən il dekabrın 25-də açılan restoran qısa zamanda məşhurlaşıb. Saysız-hesabsız müştərisi olan məkana futbolçu Kriştianu Ronaldo, aktyor Stiven Seqal da qonaq olmuşdu. Restorana gün ərzində 45 mindən çox müştəri gəlirdi.
Qeyd edək ki, Burak sosial şəbəkədə yayımladığı videolarla da məşhurdur. Onun İnstaqramda 20 milyondan çox izləyicisi var. //Axşam.az