Consondan pandemiya ilə bağlı ÜST-ə ÇAĞIRIŞ

 23:49 15.02.2021     121

İngiltərənin Baş naziri Boris Conson xalqa müraciət edərək, ölkəsinin pandemiya ilə mübarizəsindəki son vəziyyəti açıqlayıb.

Redaktor.az xəbər verir ki, Baş nazir Ümumdünya Səhiyyə Təşkilatına “tam şəffaflıq”la bağlı çağırış edib.

“Pandemiyanın nədən başladığını öyrənməliyik”, - Baş nazir vurğulayıb.

B.Consonun sözlərinə görə, ölkədə koronavirusun yaratdığı təhdid hələ də ən yüksək səviyyədədir.

O, vaksinasiya məsələsinə də toxunub:

“Bu gedişlə 50 yaşdan yuxarı hər kəs aprelin sonunadək vaksinasiyadan keçə biləcək”. //Qafqazinfo