Ərbildə hava limanı raket atəşinə tutuldu - Yaralılar var

 23:55 15.02.2021     126

İraqda Ərbil hava limanının ərazisi raket atəşinə tutulub.

Redaktor.az xəbər verir ki, ABŞ-ın hərbi bazasının yerləşdiyi hava limanına azı 3 raket atılıb. Hazırda ərazidən qatı tüstü yüksəlir. Azı 3 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, raket hücumunun hədəfi ABŞ Hərbi Hava Qüvvələrinin bazası olub. //Qafqazinfo