Rusiyada daha 459 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusa 13 min 233 yoluxma faktı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 459 nəfər COVID-19-dan ölüb.
Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 milyon 99 min 323, ölənlərin sayı isə 90 min 979 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az