Türkiyənin məşhur psixoloqu vəfat edib

 17:41 16.02.2021     132

Türkiyənin məşhur psixoloq və yazıçısı Doğan Cücəloğlu İstanbulun Beşiktaş rayonundakı evində ölü tapılıb.

Redaktor.az xəbər verir ki, hazırda psixoloqun evində araşdırma aparılır, onun ölüm səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Doğan Cücəloğlu 1938-ci ildə Türkiyənin Mersin şəhərində doğulub. Onun kitabları Türkiyə ilə yanaşı Azərbaycanda da geniş yayılıb. //Report.az