ATƏT-in fəaliyyətdə olan sədri Türkiyəyə başsağlığı verib

 18:35 16.02.2021     230

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde Türkiyəyə başsağlığı verib.

Redaktor.az-ın xəbərinə görə, Ann Linde bu barədə "Twitter"də bildirib.

"Şimali İraqda terror aktı nəticəsində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm. Türk xalqı ilə həmrəy olduğumuzu bildiririk", - deyə İsveçin Xarici İşlər naziri qeyd edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində PKK/YPG terroçularına qarşı apardığı “Pençe Kartal-2” Hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının cəsədi aşkarlanıb. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən