Tanınmış hotellər şəbəkəsinin başçısı vəfat edib

 19:06 16.02.2021     333

“Marriott International” hotellər şəbəkəsinin prezidenti və baş direktoru Arne Sorenson 62 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.

Xatırladaq ki, 2019-cu ildə Arne Sorensonda mədəaltı vəzi xərçəngi aşkarlanmışdı. Cari ilin fevral ayında amerikalı biznesmen xəstəliyin ağır müalicəsi ilə bağlı iş qrafikini qısaltmaq qərarını vermişdi. //Report