COVID-19: Britaniyada son sutkada 799 nəfər ölüb

Böyük Britaniyada son sutka ərzində 10 625 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,058,468 nəfərə çatıb.
Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 799 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 118,195 nəfərə çatıb. //APA