Güclü qasırğa ABŞ-ı cənginə aldı - HƏR ŞEY YERLƏ BİR OLDU... / FOTO

ABŞ-da "Uri" qasırğası dağıntılara və fəlakətə səbəb olub.
Redaktor.az xəbər verir ki, sürəti saatda 260 kilometrə çatan külək və qasırğa evləri dağıdıb, işıq dirəklərini qoparıb. Qasırğa 17 nəfərin ölümünə, 10 nəfərin xəsarət almasına səbəb olub.
Çəkilən fotolarda Şimali Karolinanın sahil qəsəbəsini vuran qasırğa nəticəsində evlərin hansı vəziyyətə düşdüyü əks olunub.
Milli Hava Xidməti qasırğanın dərəcəsinin EF-3 kimi qiymətləndirildiyini açıqlayıb.
Orxan İsmayıl / Redaktor.az