AEBA-nın baş direktoru Tehrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi fevralın 20-də Tehrana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İranın AEBA-daki daimi nümayəndəsi Kazem Qaribabadi Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, baş direktor Tehranda İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığın perspektivini müzakirə edəcək. //Report