Putinlə Paşinyan arasında TELEFON DANIŞIĞI

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Redaktor.az-ın məlumatına görə, telefon danışığı zamanı Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr üçtərəfli bəyanatının, eləcə də 11 yanvar 2021-ci üçtərəfli sammitdə əldə olunan razılıqların həyata keçirilməsi aspektlərini müzakirə ediblər
Bundan başqa, Rusiya-Ermənistan əməkdaşlığının bir sıra aktual məsələlərinə toxunulub. //APA