Paraqvay Prezidenti ilə Putin arasında TELEFON DANIŞIĞI

 20:44 17.02.2021     64

Paraqvay Prezidenti Mario Abdo Benites Rusiya Prezidenti Vladimir Putinə “Sputnik V” peyvəndinin ölkəsinə tədarükü ilə bağlı verdiyi qərara görə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, iki ölkə başçısı arasında bu gün telefon danışığı baş tutub. 

Tərəflər eyni zamanda, pandemiyaya qarşı mübarizə istiqamətində fikir mübadiləsi aparıb. 

Qeyd edilib ki, “Sputnik V” peyvəndinin Paraqvaya tədarükü sözügedən ölkənin təşəbbüsü ilə reallaşıb. //APA