SON DƏQİQƏ: İranda güclü zəlzələ - YARALILAR VAR / FOTO

 10:16 18.02.2021     150

İranın cənub-qərbindəki Kohgiluye-Buyer Əhməd ərazisində 5,6 bal gücündə zəlzələ olub.

Redaktor.az bildirir ki, bu barədə İran Təcili Yardım Agentliyinin sözçüsü Müktaba Halidi məlumat verib.

Zəlzələ dağıntılara, elektrik və suyun kəsilməsinə səbəb olub. Yeraltı təkanlar İsfahanda da hiss edilib.

İlkin məlumata görə, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Bölgədə tədbirlər həyata keçirilir.

Orxan İsmayıl / Redaktor.az