Fransada daha 311 nəfər ölüb - COVID-19

 11:05 18.02.2021     311

Fransada son gün ərzində koronavirusa 25 min 18 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 311 nəfər COVID-19-dan ölüb.

Fransada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 514 min 147, ölənlərin sayı isə 83 min 122 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az