Finlandiyada koronavirusun yeni mutasiyası tapılıb

 13:30 18.02.2021     344

Finlandiyada koronavirusun yeni mutasiyası müəyyən edilib.

Redaktor.az bildirir ki, bu barədə VİTA laboratoriyası məlumat yayıb.

Yeni mutasiyaya Fin-796H adı verilib. Yeni varinat koronavirusun həm Britaniya, həm də Cənubi Afrika ştammlarının xüsusiyyətlərini daşıyır.

Laboratoriyadan bildirilib ki, yeni mutasiyanın PCR testi ilə müəyyən edilməsində çətinliklər yarana bilər. //Oxu.az