Rusiya və Fransa qırıcıları qarşı-qarşıya gəldi - FOTO

 14:09 18.02.2021     190

Rusiya və Fransa döyüş təyyarələri Qara dənizdə qarşı-qarşıya gəliblər.

Redaktor.az bildirir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat verib.

Məlumata görə, Rusiyanın radar sistemləri Qara dənizdəki beynəlxalq suların səmasında Rusiya sərhədlərinə yaxınlaşan hava hədəflərini təsbit ediblər. Dərhal Su-27 qırıcıları havaya qaldırılıb.

Rusiya qırıcıları Fransız döyüş təyyarələrini izləyərək ərazidən uzaqlaşmasına imkan yaradıblar. 

Rusiya ekipajının beynəlxalq hava məkanından istifadə qaydalarına ciddi şəkildə əməl etdiyi vurğulanıb.

Orxan İsmayıl / Redaktor.az