NATO İraqdakı hərbçilərinin sayını artıracaq

 21:28 18.02.2021     430

NATO müdafiə nazirləri videokonfrans formatında keçirilən iclasda alyansın İraqdakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul edib.

Redaktor.az-ın məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

“İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaqla bağlı qərar verdik. Bu, bir neçə ay ərzində, mərhələli şəkildə həyata keçiriləcək. NATO hərbçiləri təlim statusunu qoruyacaq, döyüş əməliyyatlarında iştirak etməyəcək”, - deyə Y.Stoltenberq vurğulayıb.

Baş katib əlavə edib ki, NATO-nun İraqdakı genişləndirilmiş missiyasına rəhbərliyi Danimarka edəcək. //Report