İranda daha 77 nəfər koronavirusdan ölüb

İranda son sutkada koronavirusa 8017 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 77 nəfər COVID-19-dan ölüb.
İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 558 min 159, ölənlərin sayı isə 59 min 341 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az