Türkiyədə bu gün koronavirusdan 82 nəfər vəfat edib

 20:39 19.02.2021     318

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 82 nəfər vəfat edib. 

Redaktor.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7419 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr 7498, ağır xəstələr isə 1185 nəfər olub. Qeyd edək ki, Türkiyədə indiyədək 2,624,019 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2,511,548 nəfər sağalıb, 27,903 nəfər isə həyatını itirib.

Türkiyədə bu gün koronavirusdan 82 nəfər  vəfat edib

//APA 

Vumart və Güvən reklamı Vumart Güvən