Kadırov məşhur türk aşpazın restoranında - VİDEO

 01:50 20.02.2021     362

Çeçenistanın rəhbəri Ramzan Kadırov tanınmış türkiyəli aşpaz Burak Özdəmirin Dubayda yerləşən restoranına gedib.

Redaktor.az bildirir ki, bu barədə siyasətçi özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“CZN Burak” adlı restoranda Çeçenistan rəhbərinə müxtəlif dadlı təamlar təqdim edilib. “Türk şeytanı” adı ilə tanınan usta aşpaz Kadırovun şərəfinə üzərinə onun adı yazılmış fətir bişirib. Restoranda çəkilmiş görüntülər böyük marağa səbəb olub.

Qeyd edək ki, R.Kadırov bugünlərdə BƏƏ-yə işgüzar səfər edib. Onun ölkə rəsmilərilə görüşdüyü bildirilib. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən