Gürcüstanın yeni hökumətində iki yeni nazir yer alıb

 21:53 19.02.2021     78

Gürcüstanın yeni hökumətinin tərkibi parlamentə təqdim olunub.

Redaktor.az-ın yerli bürosu xəbər verir ki, İrakli Qaribaşvilinin başçılıq edəcəyi hökumətdə iki yeni nazir olacaq.

Yeni təyinatlar müdafiə və regional inkişaf və infrastruktur nazirləri postlarına olub.

Hökumət bu tərkibdə formalaşdırılıb:

Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava

Müdafiə naziri Cuanşe Burculadze

Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze

Ədliyyə naziri Qoça Lortkipanidze

Regional inkişaf və infrastruktur naziri İrakli Karseladze

Xarici işlər naziri David Zalkaliani

Maliyyə naziri İvane Maçavariani

Daxili işlər naziri Vaxtanq Qomelauri

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani

Ölkə parlamentinin yeni nazirlər kabinetini fevralın 22-də təsdiqləyəcəyi gözlənilir. Etimad üçün ən azı 76 deputatın səsi tələb olunur. Hökumət iki dəfə dəstək əldə edə bilməsə, prezident parlamenti buraxaraq yeni seçkilər təyin edəcək.