Rusiyada sex çöküb - Xəsarət alanlar var

Rusiyanın Norilsk Zənginləşdirmə Zavodunun ərazisində yerləşən sexdə çökmə baş verib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirib.
Məlumata əsasən, sexin şüşəbəndin çökməsi nəticəsində dörd nəfər xəsarət alıb.
Dağıntılar altında qalanlar ola bilər. Axtarış işləri davam edir. //Trend.az