Rusiyada bir gündə 480 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusa 12 min 953 yoluxma halıqeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 480 nəfər COVID-19-dan ölüb.
Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 milyon 151 min 984, ölənlərin sayı isə 82 min 876 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az