Çin və Hindistan əsgərləri arasında toqquşma - ÇOXLU SAYDA ÖLƏN VAR / VİDEO

 15:20 20.02.2021     508

Çin və Hindistan əsgərlərinin sərhəd toqquşmasının əks olunduğu videogörüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, Çinin CCTV kanalı tərəfindən yayımlanan videoda Qalvan çayı vadisində Çin və Hindistan qüvvələri arasında qanlı əlbəyaxa döyüşün baş verdiyi və 20 Hindistan əsgərinin ölüyü qeyd olunub.

İddia edilib ki, Hindistan Ordusu bunun intiqamını almaq üçün hərəkətə keçməyə hazırlaşır.

Rəsmi Pekin isə qarşıdurma zamanı Çinin 4 hərbçisinin öldüyünü açıqlayıb.

Orxan İsmayıl / Redaktor.az

22222