Rusiyada 7 nəfər yeni növ quş qripinə yoluxub

 18:28 20.02.2021     554

Rusiyanın cənubunda quşçuluq fermalarının birində 7 nəfər quş qripinə yoluxub.

Redaktor.az-ın məlumatına görə, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

Onun sözlərinə görə, fermada quş qripinin yeni növü olan A(H5N8) ştammı aşkar edilib. O bildirib ki, quşdan insana yoluxma faktı ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına məlumat göndərilib.

Qeyd olunub ki, hələlik insandan insan yoluxma faktı aşkar olunmayıb. //Trend.az