COVID-19-a yoluxanların sayı 111 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu ötüb.
Redaktor.az xəbər verir ki, indiyədək 86 milyon 214 min 013 nəfər virusdan sağalıb, 2 milyon 465 min 542 nəfər isə ölüb.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralarda qərarlaşıblar.