İngiltərədə koronavirusdan ölənlərin sayı 120 mini keçib

İngiltərədə son sutkada koronavirusa 10 min 406 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İngiltərə Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 445 nəfər COVID-19-dan ölüb.
İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 4 milyon 105 min 675, ölənlərin sayı isə 120 min 365 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az