"WhatsApp" bu yola əl atdı - Mayın 15-dən sonra...

 01:30 21.02.2021     89

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Facebook" məlumat yayıb.

Bildirilib ki, istifadəçilər 15 may tarixinədək bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə "WhatsApp" tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, "WhatsApp" qeydiyyat müqaviləsinə fərdi məlumatların "Facebook"a köçürülməsinə dair bənd əlavə edərə istifadəçilərinin tənqidinə səbəb olub. //Publika.az