SON DƏQİQƏ: Rusiyada güclü zəlzələ oldu

Rusiyanın şərqində 5.0 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzdən xəbər verilib.
Zəlzələnin episentri Tuva Respublikasının Kızıl şəhərindən 195 km şimal-şərqdə, ocağı isə 60 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. //Trend.az