Avstraliyada koronavirusa qarşı vaksinasiya başlayıb

 09:58 21.02.2021     457

Avstraliyada bu gün koronavirusa qarşı peyvəndləşmə proqramının həyata keçirilməsi başlanılıb. Aşılanan ilk şəxslərdən biri Baş nazir Scot Morrison olub.

Redaktor.az xəbər verir ki, bunu Avstraliyanın səhiyyə naziri Qreq Hant bildirib.

Nazir qeyd edib ki, ilk qrup 25 yanvarda milli tənzimləyicinin təsdiqini almış amerikan şirkəti "Pfizer" və alman tərəfdaşı "BioNTech"in dərmanları ilə aşılanacaq.

Peyvəndləşmə proqramının əsas hissəsi təyin olunduğu kimi 22 fevralda başlayacaq. İlk mərhələdə xəstəxana və tibb xidməti işçiləri, sərhəd gözətçiləri və karantin otellərinin, qocalar evləri və əlillər üçün internat müəssisələrinin personalı peyvənd alacaqlar. Koronavirusa qarşı peyvəndlə ilk həftədə ölkənin 190 şəhərində təxminən 60 min insanın aşılanacağı gözlənilir. //Trend.az