Koronavirusa yoluxan daha 10 nəfər ölüb - Gürcüstan

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 258 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 268 355 nəfərə, ölənlərin sayı isə 3 435 nəfərə çatıb. //APA