Rusiyada koronavirusdan ölənlərin sayı 83 mini ötüb

Rusiyada son sutkada koronavirusa 12 min 742 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ölkədə daha 417 nəfər COVID-19-dan ölüb.
Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 milyon 164 min 726, ölənlərin sayı isə 83 min 293 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az