Kiyevdə piyadanı öldürən azərbaycanlı həbs edildi - VİDEO

Cari ilin fevralın 20-də Ukraynanın paytaxtı Kiyevdə piyadanı öldürən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum olub.
Redaktor.az-ın məlumatına görə, Ukraynada azərbaycanlıların "Analitika və İnformasiya Platforması" təşkilatının sədri, hüquqşünas Qulu İbrahimov "Report"un Avropa bürosuna bildirib ki, bu, 1992-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı Əzizli Abdulla Əziz oğludur.
Kiyevin Peçersk rayon polisi artıq onu saxlayıb. Rayon məhkəməsi isə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.