Rusiyadan S-400 bəyanatı: Türkiyə ilə təmasdayıq

 18:53 21.02.2021     3592

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəhbərinin köməkçisi Aleksey Frolkin S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyə ilə ortaq istehsal mövzusuna dair açıqlama verib və S-400 tədarükü, ortaq istehsal mövzularında danışıqların hansı yerdə olmasından danışıb.

Redaktor.az xəbər verir ki, A.Frolkin Ankara ilə hərbi-texniki əməkdaşlığın müxtəlif sahələrində danışıqların davam etdiyini bildirib.

"Türkiyəli ortaqlarımızla daim təmasdayıq. Hərbi-texniki əməkdaşlığın müxtəlif sahələri üzərində fəaliyyətimizi davam etdiririk", - Frolkin qeyd edib.

Rusiya Türkiyəyə müqavilələr çərçivəsində dörd ədəd S-400 sistemi verib. Bu müqavilənin dəyərinin 2,5 milyard dollar olduğu açıqlanıb. //Publika.az