İsraildə peyvənd olunanlara pulsuz içki verilir

Tel-Əvivdəki “Jenia” barında maraqlı aksiyaya start verilib.
Redaktor.az bildirir ki, bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.
Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda “Pfizer CoViD-19” peyvənd məntəqəsi fəaliyyətə başlayıb.
Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb. //Oxu.az