Afrikada yoluxanların sayı 3,81 milyonu ötüb - COVID-19

 07:46 22.02.2021     50

Afrikada koronavirusa yoluxanların sayı 3,81 milyon nəfəri ötüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, fevralın 21-i üçün Afrikada koronavirusa 3 819 576 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 100 993 nəfəri vəfat edib, 3 372 490 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb. //Trend.az