Türkiyədə koronavirusdan ölənlərin sayı 28 mini ötüb

Türkiyədə son gün ərzində koronavirusa 6546 yoluxma faktı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 77 nəfər COVID-19-dan ölüb.
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 638 min 422, ölənlərin sayı isə 28 min 60 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az