Qazaxıstanda yataqxanada partlayış: Xəsarət alanlar var

Qazaxıstanın Petropavlovsk şəhərində yataqxanada partlayış baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə şəhərin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Partlayış binanın birinci mərtəbəsində baş verib. Hadisə nəticəsində iki nəfər həyatını itirib, 13 nəfər xəsarət alıb, 120 nəfər isə təxliyə edilib.
Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. //AZƏRTAC