Fransada daha 160 nəfər ölüb - COVID-19

 09:29 22.02.2021     8934

Fransada son sutkada koronavirusa 22 min 46 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə daha 160 nəfər COVID-19-dan ölüb.

Fransada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 605 min 181, ölənlərin sayı isə 84 min 306 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az