Arayik Arutyunyan avtomobilini satışa çıxarıb

 10:26 22.02.2021     13482

Bir neçə gün əvvəl, qondarma Dağlıq Qarabağ rejimi “rəsmilərinin” 9 bahalı avtomobilinin hərraca çıxarılması ilə bağlı məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, avtomobillərdən beşi “TOYOTA LC 150”, dördü isə “TOYOTA LAND CRUISER 200” markalı avtomobillərdir.

Qondarma “DQR”in “aparat rəhbəri” Artak Beqlaryan öz “Facebook” səhifəsində paylaşım edərək həmin avtomobillərin Arayik Arutyunyan və “parlamentin”, “baş prokurorluğun”, “daxili işlər nazirliyinin” və bir neçə başqa idarənin işçilərinə məxsus olduğunu bildirib.