Gürcüstanda daha 147 nəfər yoluxub - COVID-19

 10:57 22.02.2021     24309

Gürcüstanda son sutkada koronavirusa 147 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə daha 12 nəfər COVID-19-dan ölüb.

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 268 min 502, ölənlərin sayı isə 3447 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az