SON DƏQİQƏ: Nikol Paşinyan öldürlüb? - Avtomobilinə silahlı hücum...

 13:17 22.02.2021     22582

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd olması haqqında məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, bu haqda erməni sosial media fəalı Anna Bağdasaryan yazıb.

A.Bağdasaryan bu gün səhər saat 10:45-də Nikol Paşinyanın hərəkətdə olan kortecinə silahlı hücüm olmasını deyib:

“Baş nazir Nikol Paşinyanın avtomobil kortecinə 3 nəfər əli silahlı şəxs hücum edib. Yaxınlıqda 20 dəqiqəyə yaxın atışma səsləri eşidilin. Baş nazir xəsarət alması haqqında xəbərlər gəzir. Yəqin hökumət rəsmiləri açıqlama verər”.

Qeyd edək ki, bu gün İrəvanda Nikol Paşinyan hökumətinə qarşı ümumxalq itaətsizlik nümayiş keçiriləcək. Bu xəbərlərin yayılması isə İrəvanda vəziyyətin nəzaərtdən çıxması anlamına gəlir. //Busaat.az

Yalçın Rzazadə Fəxri xiyabanda dəfn ediləcək? - OĞLU AÇIQLADI...

 10:21 23.02.2021     8552

Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə ötən gün axşam saatlarında vəfat edib.

Mərhumun oğlu Orxan Rzazadə Redaktor.az-a açıqlamasında atasının harada dəfn olacağı barədə fikirlərini bildirib:

“Biz xəbər gözləyirik, əgər Yalçın bəyi Fəxri xiyabana layiq görsələr, orada dəfn ediləcək. Layiq görülməsə ailə arasında məsləhətləşib, dəfnlə bağlı bir qərara gələcəyik”.

Qeyd edək ki, Y.Rzazadə uzun müddətdir Türkiyədə müalicə olunurdu. Onun müalicəsi dövlət hesabına aparılırdı.

Aysel Hacıyeva / Redaktor.az